Skip to content
IMPERATIV scholarly journal
DOI: 10.30546/19063
P-ISSN: 3107-2070
E-ISSN: 3107-2089
Follow us on social media
← Journal archive

RESEARCH ARTICLE

TƏŞKİLATİ MƏDƏNİYYƏTİN İQTİSADİ SƏMƏRƏLİLİYƏ TƏSİRİNİN İNSAN RESURSLARI KONTEKSTİNDƏ TƏHLİLİ

HƏMİD İNSAF OĞLU HƏMİDOV, İSKƏNDƏR ARİF OĞLU İSMAYILOV

Issue No. 4

Article PDF ↗

The article is presented in its original language.

Müasir şəraitdə təşkilati mədəniyyət insan resurslarının idarə edilməsinin strateji alətinə çevrilərək, müəssisənin iqtisadi fəaliyyət göstəricilərinə əhəmiyyətli təsir göstərir. Tədqiqatın məqsədi təşkilati mədəniyyətin insan resursları idarəetməsi vasitəsilə iqtisadi səmərəliliyə transformasiya mexanizmlərini aşkarlamaqdan ibarətdir. Məqalədə sistemli və müqayisəli yanaşmadan istifadə edilməklə, mədəniyyət elementlərinin əmək məhsuldarlığı, kadr sabitliyi və əməliyyat xərclərinə təsir istiqamətləri araşdırılmışdır. Nəticələr göstərir ki, təşkilati dəyərlərin iqtisadi nəticələrə çevrilməsi mürəkkəb sosial-iqtisadi proses olub, əsasən daxili kommunikasiya kanallarının keyfiyyətindən, motivasiya sistemlərinin adaptivliyindən və liderliyin iqtisadi rasional ilə mədəni normativlər arasında balans yaratmaq qabiliyyətindən asılıdır. Problemin iqtisadi mahiyyəti qeyri-maddi aktivlərin idarə edilməsi zamanı tranzaksiya xərclərinin minimallaşdırılması və əməyin əlavə dəyərinin artırılması ilə səciyyələnir.