Skip to content
IMPERATIV scholarly journal
DOI: 10.30546/19063
P-ISSN: 3107-2070
E-ISSN: 3107-2089
Follow us on social media
← Journal archive

RESEARCH ARTICLE

MÜASİR ŞƏHƏRİN SOSİO-MƏDƏNİ TƏDQİQİ VƏ ŞƏHƏR İNKIŞAFINA DAİR SOSİOLOJİ NƏZƏRİYYƏLƏR: PERİFERİYADAN BAXIŞ

MÜASİR ŞƏHƏRİN SOSİO-MƏDƏNİ TƏDQİQİ VƏ ŞƏHƏR İNKIŞAFINA DAİR SOSİOLOJİ NƏZƏRİYYƏLƏR: PERİFERİYADAN BAXIŞ

Issue No. 4

Article PDF ↗

The article is presented in its original language.

Müasir şəhərlərin inkişafı XXI əsrin əvvəllərində dünyada yaranmış mühüm problemlərlə bağlıdır. Şəhər hazırda sosial məkanın qloballaşması, telekommunikasiyaların əhəmiyyətinin artması, mədəni və siyasi innovasiyaların genişlənməsi kimi makrosəviyyəli tendensiyaların kəsişdiyi və formalaşdığı strateji məkan kimi çıxış edir. Müasir iqtisadi, siyasi və sosio-mədəni prosesləri şərtləndirən bu amil şəhər həyatına birbaşa təsir göstərir. Ona görə də şəhərin sosio-mədəni vahid kimi öyrənilməsi müasir şəhər sosiologiyasının ən aktual istiqamətlərindən birini təşkil edir.