Skip to content
IMPERATIV scholarly journal
DOI: 10.30546/19063
P-ISSN: 3107-2070
E-ISSN: 3107-2089
Follow us on social media
← Journal archive

RESEARCH ARTICLE

AZƏRBAYCANDA TURİZMİN BEYNƏLXALQ ƏLAQƏLƏRƏ TƏSİRİ

ELŞƏN MİKAYIL OĞLU QASIMLI

Issue No. 3

Article PDF ↗

The article is presented in its original language.

Bu məqalədə 2015–2025-ci illər ərzində turizmin Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafına təsiri tədqiq olunur. Araşdırmada turizmin yalnız iqtisadi fəaliyyət sahəsi olmadığı, eyni zamanda dövlətin beynəlxalq imicinin formalaşdırılmasında, yumşaq güc imkanlarının genişləndirilməsində, ictimai və iqtisadi diplomatiyanın gücləndirilməsində mühüm rol oynadığı əsaslandırılır. Məqalədə Azərbaycanın turizm siyasətinin əsas istiqamətləri, milli inkişaf strategiyalarında turizmin yeri, viza rejiminin sadələşdirilməsi, nəqliyyat və qonaqpərvərlik infrastrukturunun inkişafı, beynəlxalq meqa-tədbirlərin təşkili və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişlənməsi təhlil edilir. Xüsusilə Avropa Oyunları, Formula 1 yarışları, beynəlxalq mədəniyyət və idman tədbirlərinin ölkənin qlobal görünürlüyünün artmasına, xarici turist axınının genişlənməsinə və Azərbaycanın müsbət beynəlxalq obrazının güclənməsinə təsiri diqqət mərkəzində saxlanılır. Tədqiqat nəticələri göstərir ki, turizm ikitərəfli və çoxtərəfli münasibətlərin möhkəmlənməsinə, mədəni əlaqələrin dərinləşməsinə, investisiya və xidmət ixracı imkanlarının genişlənməsinə əlverişli şərait yaradır. Nəticə etibarilə, turizm strateji və davamlı şəkildə idarə edildikdə Azərbaycanın xarici siyasət prioritetlərinin həyata keçirilməsində, beynəlxalq əməkdaşlıq şəbəkələrinin genişləndirilməsində və ölkənin qlobal rəqabət qabiliyyətinin artırılmasında təsirli vasitələrdən biri kimi çıxış edir.

Açar sözlər: turizm diplomatiyası, “yumşaq güc”, ictimai diplomatiya, iqtisadi diplomatiya, beynəlxalq əlaqələr, Azərbaycan.