Skip to content
IMPERATIV scholarly journal
DOI: 10.30546/19063
P-ISSN: 3107-2070
E-ISSN: 3107-2089
Follow us on social media
← Journal archive

RESEARCH ARTICLE

AZƏRBAYCAN RESPUBLİKASI İLƏ GÜRCÜSTAN ARASINDA MİQRASİYA PROSESLƏRİNİN TƏNZİMLƏNMƏSİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ: HÜQUQİ-SİYASİ VƏ SOSİAL-İQTİSADİ ASPEKTLƏR

RASİM NAZİM OĞLU RZAXANOV

Issue No. 3

Article PDF ↗

The article is presented in its original language.

Bu məqalədə Azərbaycan Respublikası ilə Gürcüstan arasında miqrasiya proseslərinin tənzimlənməsi sahəsində əməkdaşlığın hüquqi-siyasi və sosial-iqtisadi aspektləri kompleks şəkildə tədqiq edilmişdir. Bu çərçivədə iki ölkə arasında formalaşmış tarixi qonşuluq əlaqələrinin və transmilli iqtisadi layihələrin regional əhali hərəkətliliyinə təsirlərinə xüsusi diqqət yetirilmiş, rəsmi statistik rəqəmlər əsasında təhlillər aparılmışdır. 2016-2023-cü illərdə iki ölkə arasında daimi yaşamaq və turizm məqsədilə emiqrasiya və immiqrasiyasının statistikasının təhlili miqrasiya dinamikasının mövcud vəziyyətini müəyyənləşdirməyə və gələcək inkişaf meyllərini proqnozlaşdırmağa imkan vermişdir. Bununla yanaşı qarşılıqlı əmək miqrasiyasının sosial-iqtisadi dividendləri, investorların yaratdığı iş yerləri və pul köçürmələrinin hər iki ölkənin inkişafına təsirləri də qiymətləndirilmişdir. Siyasi və hüquqi aspektin öyrənilməsi məqsədilə iki ölkənin sərhəd tənzimləmələrinə dair qanunvericiliyi təhlil edilmiş, Gürcüstanın əmək miqrasiyası qanunvericiliyinin yaratdığı yeni hüquqi reallıqlara toxunulmuşdur.

Açar sözlər: Azərbaycan, Gürcüstan, regional miqrasiya, transsərhəd əməkdaşlıq, miqrasiya qanunvericiliyi, statistika.