Məzmuna keç
İMPERATİV elmi - nəzəri jurnal
DOI: 10.30546/19063
P-ISSN: 3107-2070
E-ISSN: 3107-2089
Bizi sosial mediadan izləyin
← Jurnallar arxivi

ELMİ MƏQALƏ

XIX ƏSRİN İKİNCİ YARISINDA CƏNUBİ QAFQAZDA POÇT XİDMƏTİNİN TƏKAMÜLÜ TARİXİ

ELMİRA FİRDOVSİ QIZI ƏLIYEVA

Jurnal № 6

Məqalənin PDF faylı ↗

XIX əsrin ikinci yarısında Cənubi Qafqazda poçt xidmətinin təkamülü, sahə üzrə həyata keçirilən struktur islahatları, tarif siyasəti və rabitə infrastrukturunun modernləşməsi tədqiqatın əsas qayəsini təşkil edir. Araşdırmada Rusiya imperiyasının mərkəzi rabitə idarəçiliyindəki dəyişikliklərin Cənubi Qafqaza təsiri, poçt stansiyalarının polis nəzarətindən çıxarılaraq Poçt İdarəsinə verilməsi və Hərbi Gürcüstan yolunda atlı poçt karetlərinin təşkili təhlil edilir. Qafqaz Poçt Dairəsinin yaradılması (1863), Bakı və Tiflis poçtamtlarının təşkili, habelə 1885-ci ildə poçt və teleqraf sahələrinin birləşdirilməsi ilə regional dairə sisteminə keçid arxiv sənədləri və dövri mənbələr əsasında işıqlandırılır.

Tədqiqat işində xidmətlərin iqtisadi və texnoloji aspektlərinə xüsusi yer verilir: 1857-ci ildə ümumrusiya markalarından əvvəl dövriyyəyə buraxılmış məşhur «Tiflis unikumu», 1858-ci ildən etibarən ümumimperiya gerbli markalarının istifadəsi, dəqiq çəki (lot) və məsafə tariflərinin tətbiqi ətraflı göstərilir. Xüsusilə Bakıda neft sənayesinin inkişafı fonunda beynəlxalq və yüksək nominallı poçt dövriyyəsinin artması, Gəncə və ətraf qəzalarda isə aqrar ticarətin mülki yazışmaları canlandırması müqayisəli şəkildə təqdim olunur. Regionda qurulan bu mərkəzləşdirilmiş sistem sonrakı mərhələdə müstəqil milli rabitə şəbəkəsinin formalaşmasına zəmin yaratmışdır.

Açar sözlər: Cənubi Qafqaz, poçt xidməti, Qafqaz Poçt Dairəsi, poçt tarifləri, Tiflis və Bakı poçtamtı, infrastruktur modernləşməsi.