İslamofobiya dövrümüzün sosial problemlərindən biridir. İslamofobiya anlayışı əsasən onun etimologiyası ilə izah olunur. Məlum olduğu kimi, islamofobiya anlayışı ərəb dilində “İslam” və yunan dilində “fobiya” sözündən yaranmışdır. Bu söz İslamdan qorxu deməkdir. Bu anlayış İslama və bu dinə mənsub insanlara qarşı qorxu, nifrət, o cümlədən dözümsüzlük və zorakılığı ifadə edir. İslamofobiya irqçiliyin, dözümsüzlüyün və ayrı-seçkiliyin bir forması hesab olunur.
İslamofobiya bir sosial problem kimi hazırda özünü əsasən Qərb ölkələrində göstərir. Bu ölkələrdə müsəlmanlar yoxsulluq, işsizlik, cinayətkarlıq, zorakılıq, dini radikalizm və fundamentalizm kimi mənfi problemlərin günahkarları hesab olunurlar. Bu, islamofobiya ideyalarının Avropanın ictimai-siyasi fikrində geniş yayılmasına səbəb olur.
Məqalədə müasir dövrdə Qərb ölkələrində islamofobiyanın yayılmasının səbəbləri təhlil olunur.
Açar sözlər: İslam, müsəlman immiqrantlar, islamofobiya, Qərb ölkələri, multikulturalizm, “paralel cəmiyyət”, obyektiv səbəblər, subyektiv səbəblər.