İcra hakimiyyəti orqanı müəyyən sferada öz səlahiyyətləri çərçivəsində dövlət idarəetmə funksiyalarını həyata keçirən icra hakimiyyəti sisteminin struktur vahididir. Qlobal iqtisadi transformasiyalar və informasiya texnologiyalarının sürətli inkişafı fonunda icra hakimiyyəti orqanların fəaliyyət səmərəliliyi hər bir dövlətin milli rəqabət qabiliyyətinə təsir göstərən amillərdəndir. İcra hakimiyyəti orqanlarının fəaliyyətində nəzarət, şəffaflıq və hesabatlılıq mexanizmləri dövlət idarəçiliyinin keyfiyyətini təmin edən əsas sütunlardır. Bu prinsiplər korrupsiyanın qarşısını alır, vətəndaşların dövlətə olan inamını artırır və resursların səmərəli istifadəsini təmin edir.
Açar sözlər: hakimiyyət, dövlət idarəçiliyi, icra hakimiyyəti, şəffaflıq, açıqlıq, ictimai nəzarət və hesabatlılıq.