Məzmuna keç
İMPERATİV elmi - nəzəri jurnal
DOI: 10.30546/19063
P-ISSN: 3107-2070
E-ISSN: 3107-2089
Bizi sosial mediadan izləyin
← Jurnallar arxivi

ELMİ MƏQALƏ

GÜRCÜSTAN RESPUBLİKASININ MÜSTƏQİLLİYİNİN BƏRPASI – MİLLİ MÜNAQİŞƏLƏRİN TƏSİRİ KOTEKSTİNDƏ

QABİL ƏLİ OĞLU ƏLİYEV

Jurnal № 6

Məqalənin PDF faylı ↗

XX əsrin 80-ci illərində Sovet rəhbərliyinin başlatdığı yenidənqurma, aşkarlıq, plüralizm siyasəti Gürcüstanda milli oyanışa, millətçi çıxışların güclənməsinə gətirib çıxardı. Buna qarşı Moskvanın diqtəsi ilə Abxaziya və Cənubi Osetiyada etnik zəmində seperatçı çıxışlar geniş miqyas aldı. Nəticədə Gürcüstanda milli hərəkat Moskvanın tabeliyindən qurtulmaq uğrunda mübarizəyə çevrildi. 9 aprel 1989-cu ildə Tbilisidə dinc mitinqin silah gücünə dağıdılmasından sonra müxalifətçi Dəyirmi stolun müstəqilliyin bərpası tələbi gürcü cəmiyyətinin əsas şüarı kimi irəli sürüldü. Təqdim edilən məqalədə Cənubi Qafqazda ilk olaraq müstəqilliyini bərpa edən Gürcüstanda gürcü-abxaz və gürcü-osetin münaqişələri Rusiyanın birbaşa iştirakı ilə qanlı toqquşmalara çevrilməsi araşdırılmışdır.

Açar sözlər: Gürcüstanda millətçi çıxışlar, Abxaziya və Cənubi Osetiyada separatçı çıxışlar, müxalifətçi Dəyirmi stol, Zviad Qamsaxurdiya, 9 aprel hadisəsi, müstəqilliyin bərpası.