Xülasə: Yelizavetpol (Gəncə) quberniyasının bütün ərazilərində, o cümlədən Cəbrayıl (Karyagin) qəzasında əhalinin əsas məşğuliyyəti tarixən taxılçılıq olmuşdur. XIX əsrin sonu – XX əsrin ilk onilliklərində ticarət əkinçiliyinin inkişafı bu bölgədə taxılçılıq təsərrüfatına ciddi təsir göstərmişdi. Təqdim edilən məqalədə Cəbrayıl (Karyagin) qəzasında bəhs olunan dövrdə taxılçılıq təsərrüfatı: ayrı-ayrı taxılçılıq sahələrinin inkişafının özünəməxsus cəhətləri rəsmi sənədlər və statistik göstəricilər əsasında tədqiq edilmişdir.
Açar sözlər: Cəbrayıl (Karyagin) qəzası, taxılçılıq, təkmil alət və maşınlar, buğda, arpa, çəltik, darı istehsalı.