Avropa Birliyi sülhün qorunmasını birgəlik əsasında quran, iqtisadi rəqabəti gücləndirən, azad bazar iqtisadiyyatını təmsil edən iqtisadi-siyasi birlikdir. AB yarandığı tarixdən etibarən dövlətlərarası münasibətlərdə önəmli aktorlardan birinə çevrilmişdir. Qərbdə başlanğıcı qoyulan birlik sonralar Balkanlarda və Cənubi Qafqazda özünü büruzə verdi. Bu gün də bir çox dövlət bu birliyin üzvü olmaq üçün səylər edir. Ancaq birlik hələ də möhkəm sütunlara dayanmayıb. Britaniyanın üzvlükdən çıxması və hələ də davam edən Avroskeptisizm hərəkatı buna nümunədir. Beynəlxalq münasibətlərdə müxtəlif dövrlərdə AB fərqli formada fəaliyyət göstərmiş və daimi mövcud siyasi reallığa uyğunlaşdırılmışdır. Müasir dövrdə qütbləşmə uğrunda aktiv mübarizə gedir. Bu qarşıdurmada əsas siyasi aktorlardan biri də AB-dir. 27 üzvə malik bu təşkilat özünün genişlənmə siyasətinə hələ də davam etdirir. Beynəlxalq təşkilatlarda mühüm yerə malik olan dövlətlərdən biri də Cənubi Qafqazda əsas aktor olan Azərbaycandır. AB-yə üzv olmasa da birliklə iqtisadi-siyasi əlaqələri dinamik bir şəkildə davam etdirməkdədir. Bu uzlaşmalar Ulu Öndər Heydər Əliyevlə başlamış sabit Prezident İlham Əliyevlə daha da inkişaf etmişdir. Xarici siyasətində balans siyasəti yeridən Azərbaycan həm Qərblə, həm də Asiya ölkələri ilə qızıl ortanı yerinə yetirir. Genişlənmə potensialına malik olan iqtisadi-siyasi bir birliklə Azərbaycanın dayanıqlı əlaqələr qurması onun gələcək fəaliyyətinə müsbət təsir edəcək, mütləq!
Аçаr sözlər: Аvropa Birliyi, Azərbaycan, təsir vektorları, strаtеgiyа, güс bаlаnsı.