Məqalə Azərbaycan Respublikasında idarəetmə orqanlarının ictimaiyyətlə əlaqələr funksiyasının institusional təhlili probleminə həsr edilmişdir. Azərbaycanda ali və sıradan idarəetmə orqanlarının cəmiyyətlə kommunikasiyası mexanizmlərinin sistem təhlili aparılır. Müəyyən olunur ki, ölkəmizdə dövlət idarəetmə orqanlarının kommunikasiya mexanizmləri kimi Dövlət KİV-ləri, Prezident müraciətləri, ictimai mitinqlər, rəsmi nəşrlər, icma görüşləri, rəsmi hökumət saytları, ictimai elan və anonslar, tədbirlər kimi kommunikasiya mexanizmləri dövlət və vətəndaş arasında kommunikasiyanın əsasını təşkil edir. Siyasi dinamikanın yüksəldiyi dövrlərdə bu kommunikasiya mexanizmləri dəyişən, çevik xarakter alaraq kommunikativ vəzifələrin yerinə yetirilməsində əvəzsiz rol oynayır.