Məzmuna keç
İMPERATİV elmi - nəzəri jurnal
DOI: 10.30546/19063
P-ISSN: 3107-2070
E-ISSN: 3107-2089
Bizi sosial mediadan izləyin
← Jurnallar arxivi

ELMİ MƏQALƏ

AZƏRBAYCAN XANLIQLARININ YARANMASI VƏ CƏNUBİ QAFQAZIN BEYNƏLXALQ SİYASİ VƏZİYYƏTİ (AZƏRBAYCAN, TÜRKİYƏ VƏ RUSİYA TARİXŞÜNASLIĞINDA)

ÜLKƏR ELŞƏN QIZI CƏMİLLİ

Jurnal № 6

Məqalənin PDF faylı ↗

Məqalədə XVIII əsrin ortalarında Azərbaycan xanlıqlarının yaranması və Cənubi Qafqazın beynəlxalq siyasi vəziyyəti Azərbaycan, Türkiyə və Rusiya tarixşünaslığında mövcud yanaşmalar əsasında araşdırılır. Tədqiqatda 1747-ci ildə Nadir şah Əfşarın öldürülməsindən sonra mərkəzi hakimiyyətin zəifləməsi ilə Azərbaycan ərazisində meydana gələn siyasi qurumların təşəkkül xüsusiyyətləri, onların siyasi, sosial-iqtisadi və inzibati əsasları təhlil edilir. Azərbaycan tarixşünaslığında xanlıqların yaranması əsasən mərkəzi hakimiyyətin zəifləməsi, yerli hakimiyyət ənənələri və sosial-iqtisadi amillərlə əlaqələndirilərkən, Türkiyə tarixşünaslığında bu prosesin Rusiya imperiyasının Cənubi Qafqaz siyasəti və regional geosiyasi rəqabət kontekstində izahına xüsusi diqqət yetirildiyi müəyyənləşdirilir. Məqalədə xanlıqların yaranmasına dair tarixşünaslıqda mövcud olan fərqli, o cümlədən Azərbaycanın siyasi statusu və Səfəvi dövlətinin xarakterinə dair konseptual yanaşmalar müqayisəli şəkildə nəzərdən keçirilir. Həmçinin Quba, Şəki, Qarabağ, Lənkəran, Bakı, Şamaxı, Gəncə, Naxçıvan, İrəvan, Urmiya, Xoy, Təbriz, Ərdəbil və digər xanlıqların təşəkkülü ilə bağlı tarixşünaslıq məlumatları sistemləşdirilir. Araşdırma nəticəsində xanlıqların meydana gəlməsinin yalnız mərkəzi hakimiyyətin süqutu ilə izah edilə bilməyəcəyi, prosesin yerli idarəçilik ənənələri, siyasi parçalanma, sosial-iqtisadi amillər və Cənubi Qafqazda Rusiya, Osmanlı və digər regional siyasi qüvvələrin maraqlarının qarşılıqlı təsiri şəraitində formalaşdığı əsaslandırılır.

Açar sözlər: Azərbaycan xanlıqları, XVIII əsr, tarixşünaslıq, Cənubi Qafqaz, Osmanlı