Məzmuna keç
İMPERATİV elmi - nəzəri jurnal
DOI: 10.30546/19063
P-ISSN: 3107-2070
E-ISSN: 3107-2089
Bizi sosial mediadan izləyin
← Jurnallar arxivi

ELMİ MƏQALƏ

AZƏRBAYCAN RESPUBLİKASI VƏ TÜRKİYƏ CÜMHURİYYƏTİNİN TÜRK DÜNYASININ SİYASİ İNTEQRASİYASINDA ROLU

ŞAHISMAYIL NAMAZ OĞLU İSMAYILOV

Jurnal № 6

Məqalənin PDF faylı ↗

Məqalədə Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin Türk dünyasının siyasi inteqrasiyasında oynadığı rol araşdırılır. Tədqiqatda iki dövlət arasında ortaq tarix, dil, mədəniyyət və milli-mənəvi dəyərlərə əsaslanan strateji tərəfdaşlığın Türk dövlətləri arasında əməkdaşlığın inkişafına təsiri təhlil edilir. Birinci Türkoloji Qurultayın Türk dünyasının inteqrasiyası baxımından əhəmiyyəti, Türk Dövlətləri Təşkilatının fəaliyyəti, dövlət başçılarının zirvə görüşləri və qəbul olunan qərarların siyasi həmrəyliyin möhkəmləndirilməsində rolu qiymətləndirilir. Eyni zamanda Bakı–Tbilisi–Ceyhan neft kəmərinin regional enerji təhlükəsizliyinə, iqtisadi əməkdaşlığa və geosiyasi sabitliyə verdiyi töhfələr, Heydər Əliyev və İlham Əliyev dövrlərində Azərbaycan–Türkiyə münasibətlərinin inkişaf istiqamətləri, eləcə də Xarıbülbül Beynəlxalq Musiqi Festivalının Türk dünyasının mədəni inteqrasiyasına təsiri araşdırılır. Nəticə etibarilə göstərilir ki, Azərbaycan və Türkiyə Türk dünyasında siyasi, iqtisadi və mədəni inteqrasiyanın əsas təşəbbüskarları kimi çıxış edir, onların həyata keçirdiyi birgə layihələr və əməkdaşlıq mexanizmləri regionda sabitliyin möhkəmlənməsinə və Türk dövlətləri arasında həmrəyliyin güclənməsinə mühüm töhfə verir.

Açar sözlər: Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti, Türk dünyası, siyasi inteqrasiya, Türk Dövlətləri Təşkilatı, Bakı–Tbilisi–Ceyhan, Xarıbülbül Festivalı