İMPERATİV elmi - nəzəri jurnal
DOI: 10.30546/19063
P-ISSN: 3107-2070
E-ISSN: 3107-2089
Bizi sosial mediadan izləyin

ABŞ-NİN DEMOKRATİYA TƏŞVİQİ SİYASƏTİNDƏ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARININ ROLU: YAXIN ŞƏRQDƏ “YUMŞAQ GÜC” SİYASƏTİNİN TƏZAHÜRÜ KİMİ

Bu tədqiqat ABŞ-ın demokratiyanın təşviqi siyasətində qeyri-hökumət təşkilatlarının rolunu və həmin fəaliyyətlərin Yaxın Şərq regionunda yumşaq güc siyasətinin təzahürü kimi çıxış etməsini araşdırır. Mövzu müasir beynəlxalq münasibətlər sistemində demokratiyanın təşviqi siyasətinin transformasiyası, ABŞ-ın xarici yardım siyasətində baş verən dəyişikliklər və böyük güclər arasında artan geosiyasi rəqabət fonunda xüsusi aktuallıq kəsb edir. Tədqiqat keyfiyyət metodologiyasına əsaslanır və müqayisəli təhlil və sənədlərin analizi metodlarından istifadə edilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, ABŞ QHT-ləri vətəndaş cəmiyyətinin inkişafı, demokratik institutların gücləndirilməsi və insan hüquqlarının təşviqi istiqamətində mühüm fəaliyyət göstərsələr də, onların fəaliyyəti ABŞ-ın geosiyasi maraqları və xarici siyasət prioritetləri ilə sıx əlaqəlidir. Eyni zamanda 2024–2025-ci illərdə ABŞ xarici yardım siyasətində müşahidə olunan dəyişikliklər demokratiyanın təşviqi proqramlarının gələcək effektivliyinə təsir göstərən yeni çağırışlar formalaşdırmışdır. Əldə olunan nəticələr göstərir ki, Yaxın Şərqdə demokratiyanın təşviqi fəaliyyəti yalnız normativ məqsədlərlə deyil, həm də strateji maraqlar çərçivəsində formalaşan çoxsəviyyəli yumşaq güc siyasətinin mühüm komponentidir.

 

Açar sözlər: yumşaq güc, demokratiyanın təşviqi, ABŞ, qeyri-hökumət təşkilatları, Yaxın Şərq, xarici yardım.

QISA İCMAL

  • Yazarlar AİDƏ İBRAHİM QIZI İSKƏNDƏROVA
  • Fayl PDF
  • issue