İMPERATİV elmi - nəzəri jurnal
DOI: 10.30546/19063
P-ISSN: 3107-2070
E-ISSN: 3107-2089
Bizi sosial mediadan izləyin

AZƏRBAYCAN RESPUBLİKASINDA PREZİDENT HAKİMİYYƏTİNİN TƏKAMÜLÜ VƏ MİLLİ SİYASİ MODELİN İNKİŞAF İSTİQAMƏTLƏRİ

Məqalədə Azərbaycan Respublikasında prezident hakimiyyətinin formalaşması və inkişaf mərhələləri Heydər Əliyev və İlham Əliyevin siyasi fəaliyyəti kontekstində təhlil olunur. Tədqiqatda 1969-cu ildən başlayaraq Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda həyata keçirilən iqtisadi, siyasi və milli-mədəni islahatlar, milli dövlətçilik düşüncəsinin formalaşması və azərbaycançılıq ideyasının inkişafı araşdırılmışdır. Eyni zamanda müstəqillik illərində Azərbaycanda yaranmış siyasi böhran, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı, dövlət idarəçiliyində sabitliyin təmin olunması, ordu quruculuğu və balanslaşdırılmış xarici siyasət kursunun formalaşdırılması geniş şəkildə şərh olunur. Tədqiqatda İlham Əliyevin prezidentliyi dövründə həyata keçirilən iqtisadi inkişaf strategiyası, enerji siyasəti, Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi layihələrinin əhəmiyyəti, regionların sosial-iqtisadi inkişaf proqramları və dövlət idarəçiliyində institusional islahatlar xüsusi yer tutur. Həmçinin 2020-ci ildən sonrakı postmüharibə dövrü, Azərbaycanın ərazi bütövlüyünün bərpası, Qarabağda həyata keçirilən yenidənqurma siyasəti, “Böyük Qayıdış” proqramı, Zəngəzur dəhlizi layihəsi və COP29 çərçivəsində Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsi məsələləri müasir siyasi proseslər kontekstində araşdırılmışdır.

QISA İCMAL

  • Yazarlar FİDAN ELDAR QIZI YUSİFZADƏ
  • Fayl PDF
  • issue