İMPERATİV elmi - nəzəri jurnal
DOI: 10.30546/19063
P-ISSN: 3107-2070
E-ISSN: 3107-2089
Bizi sosial mediadan izləyin

İCRA ORQANLARINDA ÇEVİKLİYİN ARTIRILMASININ YENİ MODELİ: XÜSUSİ NÜMAYƏNDƏLİK İNSTİTUTU

Məqalədə Azərbaycan Respublikasında 2020-ci il Vətən müharibəsindən sonra yaradılmış Prezidentin xüsusi nümayəndəlik institutu dövlət idarəçiliyində çevikliyin artırılması baxımından təhlil edilir. Müəllif ənənəvi rayon icra hakimiyyəti modeli ilə xüsusi nümayəndəlik institutunu müqayisə edərək göstərir ki, yeni model qərarvermənin sürətləndirilməsi, bürokratik maneələrin azaldılması, resursların daha səmərəli idarə olunması və regional inkişafın vahid mərkəzdən koordinasiya edilməsinə xidmət edir. Məqalədə institutun hüquqi əsasları, təşkilati xüsusiyyətləri, azad edilmiş ərazilərdə praktiki tətbiqi, beynəlxalq təcrübə ilə müqayisəsi, üstünlükləri və potensial riskləri elmi əsaslarla qiymətləndirilir. Nəticə etibarilə, xüsusi nümayəndəlik institutunun Azərbaycanın dövlət idarəçiliyində çevik, nəticəyönümlü və strateji idarəetmə modelinin formalaşmasına mühüm töhfə verdiyi, gələcəkdə isə institusional və hüquqi baxımdan daha da inkişaf etdirilərək ölkənin digər regionlarında da tətbiq oluna biləcəyi vurğulanır.

QISA İCMAL

  • Yazarlar ANAR ŞAHMAR OĞLU İBADOV
  • Fayl PDF
  • issue