İMPERATİV elmi - nəzəri jurnal
DOI: 10.30546/19063
P-ISSN: 3107-2070
E-ISSN: 3107-2089
Bizi sosial mediadan izləyin

AZƏRBAYCANDA DÖVLƏT İDARƏETMƏ ORQANLARININ KOMMUNİKASİYA MEXANİZMLƏRİ

Məqalə Azərbaycan Respublikasında idarəetmə orqanlarının ictimaiyyətlə əlaqələr funksiyasının institusional təhlili probleminə həsr edilmişdir. Azərbaycanda ali və sıradan idarəetmə orqanlarının cəmiyyətlə kommunikasiyası mexanizmlərinin sistem təhlili aparılır. Müəyyən olunur ki, ölkəmizdə dövlət idarəetmə orqanlarının kommunikasiya mexanizmləri kimi Dövlət KİV-ləri, Prezident müraciətləri, ictimai mitinqlər, rəsmi nəşrlər, icma görüşləri, rəsmi hökumət saytları, ictimai elan və anonslar, tədbirlər kimi kommunikasiya mexanizmləri dövlət və vətəndaş arasında kommunikasiyanın əsasını təşkil edir. Siyasi dinamikanın yüksəldiyi dövrlərdə bu kommunikasiya mexanizmləri dəyişən, çevik xarakter alaraq kommunikativ vəzifələrin yerinə yetirilməsində əvəzsiz rol oynayır.

QISA İCMAL

  • Yazarlar ŞAHMİR YUSİF OĞLU YADİGAROV
  • Fayl PDF
  • issue