Məqalədə işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən sosial problemlərin həllinin mühüm strateji istiqamətləri və xarakteri təhlil edilir. Sosial problemlərin həlli strategiyasının həyata keçirilmə mexanizmləri tədqiqatın əsas hissəsini təşkil edir. Məqalədə sosial siyasətin uğurla icra olunmasında idarəetmə modelinin kompleks şəkildə tətbiqi sosial müdafiənin mühüm xarakteri kimi qeyd olunur. Tədqiqatda sübut edilir ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Qarabağ KOB-ları” layihəsi, DOST modeli təkcə sosial problemlərin həlli istiqamətində atılan adi addımlar deyil, həm də dövlətin sosial siyasətinin bünövrəsini təşkil edir. Məlum olur ki, regionda sosial problemlərin uğurlu həlli üçün təkcə fiziki bərpa yox, həm də sosial müdafiə strategiyasının əsaslı formada qurulması vacibdir. Təklif etdiyimiz “Rəqəmsal iştirak” adlı sistem kimi sosial siyasətdə sakinlərin lokal xarakterli aktiv iştirakına imkan yarada biləcək platformaların qurulması sosial siyasətin tərəqqisinə öz töhfəsini verə bilər. Qarabağda hazırda mövcud olan “Ağıllı kənd” kimi layihələrdə bu platformaların asanlıqla tətbiq edilə bilmə imkanı da diqqəti cəlb edir. Qarabağ sakinlərinin sosial müdafiəsinin əsaslı şəkildə təmin edilməsi Azərbaycanın bir dövlət kimi işğaldan azad etdiyi torpaqlarda yürütdüyü sosial siyasətin əsas prioriteti hesab edilir.