İMPERATİV elmi - nəzəri jurnal
DOI: 10.30546/19063
P-ISSN: 3107-2070
E-ISSN: 3107-2089
Bizi sosial mediadan izləyin

İNKİŞAF ETMƏKDƏ OLAN ÖLKƏLƏRİN DÖVLƏT İDARƏÇİLİYİNDƏ SƏMƏRƏLİLİK KONSEPSİYALARI

Məqalədə inkişaf etməkdə olan ölkələrdə idarəetmə sistemi təhlil edilir, tətbiq olunan idarəetmə konsepsiyaları və paradiqmalar, hibrid inzibati sistemlər araşdırılır. Bu ölkələrdə dövlət idarəçiliyinin qarşısında duran praktiki imperativlərin ənənəvi inzibati islahatların hüdudlarından kənara çıxdığı bildirilir. Sürətli urbanizasiya, mövcud sosial-iqtisadi bərabərsizliklər, resurs məhdudiyyətləri və dəyişkən siyasi mühitlər birlikdə təkcə səmərəli deyil, həm də diqqətəlayiq dərəcədə yenilikçi və uyğunlaşa bilən ictimai sektor, yeni idarəçilik tələb edir. İdarəetmə keyfiyyətinin artırılmasında şəbəkə əməkdaşlığının və vətəndaşların iştirak fəallığının vacibliyi vurğulanır. Eyni zamanda, məqalədə diqqət XX əsrin sonlarından etibarən inkişaf etməkdə olan ölkələrdə tətbiq edilən Yeni Dövlət İdarəçiliyindəki (NPM) yaranmış problemlərə yönəldilir, nöqsanların aradan qaldırılması yolları göstərilir.

Açar sözlər: inkişaf etməkdə olan ölkələr, idarəetmə, dövlət idarəçiliyi, konsepsiya, paradiqma, hibrid inzibati sistemlər, yeni dövlət idarəçiliyi.

QISA İCMAL

  • Yazarlar VƏSİLƏ ƏFQAN QIZI MÖHSÜMOVA
  • Fayl PDF
  • issue