İMPERATİV elmi - nəzəri jurnal
DOI: 10.30546/19063
P-ISSN: 3107-2070
E-ISSN: 3107-2089
Bizi sosial mediadan izləyin

TİCARƏT MÜƏSSİSƏLƏRİNDƏ DEBİTOR VƏ KREDİTOR BORCLARININ UÇOTUNUN MÜASİR VƏZİYYƏTİ

Məqalədə ticarət müəssisələrində debitor və kreditor borclarının uçotunun müasir vəziyyəti və onların idarəetmə uçotu baxımından əhəmiyyəti araşdırılmışdır. Tədqiqat çərçivəsində debitor və kreditor borclarının iqtisadi mahiyyəti, sənədləşdirilməsi və mühasibat uçotunda əks etdirilməsi xüsusiyyətləri təhlil edilmişdir. Eyni zamanda bu borcların müəssisənin likvidlik səviyyəsinə, pul axınlarına və maliyyə sabitliyinə təsiri qiymətləndirilmişdir. Empirik təhlil “Meduza-Fish” MMC-nin 2023–2025-ci illər üzrə maliyyə göstəriciləri əsasında aparılmışdır. Aparılan təhlil nəticəsində müəyyən olunmuşdur ki, debitor borclarının həcmi xüsusilə 2025-ci ildə kəskin artım göstərmiş, bu isə pul vəsaitlərinin dövriyyədən çıxmasına və likvidlik riskinin yüksəlməsinə səbəb olmuşdur. Eyni zamanda kreditor borclarının artması müəssisənin fəaliyyət miqyasının genişlənməsi ilə əlaqəli olsa da, maliyyə öhdəliklərinin artmasına gətirib çıxarmışdır. Tədqiqat nəticələri göstərir ki, satış gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına baxmayaraq xalis mənfəətin azalması debitor borclarının genişlənməsi, pul axınlarının gecikməsi və əməliyyat xərclərinin artması ilə əlaqədardır. Bu baxımdan debitor və kreditor borclarının effektiv idarə olunması, kredit siyasətinin optimallaşdırılması və pul axınlarının balanslaşdırılması müəssisənin maliyyə dayanıqlığının təmin edilməsində mühüm rol oynayır.

Açar sözlər: debitor borcları, kreditor borcları, mühasibat uçotu, idarəetmə uçotu, likvidlik, pul axınları, maliyyə sabitliyi, kredit siyasəti, ticarət müəssisələri, maliyyə təhlili.

QISA İCMAL

  • Yazarlar ƏNVƏR SADIX OĞLU SALAHOV, MƏCID NADIR OĞLU TAĞIYEV
  • Fayl PDF
  • issue