Müəlliflər üçün

-Təqdim edilən məqalə orijinal olmalı, öncədən hansısa nəşrdə yayımlanmamalıdır.

– Məqalələr Azərbaycan, rus və ya ingilis dillərində təqdim oluna bilər.

– Müəllifin elmi dərəcəsi, vəzifəsi, iş yeri, elektron poçt ünvanı hər üç dildə xülasələrdə göstərilməlidir.

– Müəllif ORCID kodunu yazmalı, UOT nömrə yuxarıda sağdan qeyd edilməlidir.

– Məqalə A4 formatında, Microsoft Word redaktorunda (Şrift –Times New Roman- 12, interval -1,5, səhifənin parametrləri – yuxarı -2 sm, aşağı -2 sm, soldan -2.5 sm, sağdan 2.5 sm) yığılmalıdır.

– Həcmi 10-15 səhifə olan və 25 səhifədən çox olmayan məqalələr nəşrə qəbul edilir

– Məqalənin mətnində mənbələrə istinad, kvadrat mötərizədə nömrə ilə (istinadın ədəbiyyat siyahısındakı nömrəsinə müvafiq olaraq) verilir (məs.: [1] və ya [2, s.14]).

– Xülasə və açar sözlərə üç dildə bir-birinin eyni olmaqla yazılmalıdır.

– Jurnala təqdim edilən məqalələrin mətni Giriş, Əsas mətn və Nəticə hissələrindən ibarət olmalıdır.

– Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalar və s. istinadlara üstünlük verilir.

Jurnalda dərc olunan məqalələr müəlliflərin mövqeyini əks etdirir nəşr edilən bütün məqalələrin məzmun, elm və hüquqi baxımdan məsuliyyəti müəlliflərə aiddir.

–  Məqaləyə elmi rəhbərin rəyi mütləqdir!