İMPERATİV elmi - nəzəri jurnal
DOI: 10.30546/19063
P-ISSN: 3107-2070
E-ISSN: 3107-2089
Bizi sosial mediadan izləyin

XIX ƏSRİN SONU – XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ BAKI NEFTİ VƏ İPƏK YOLUNUN TRANSFORMASİYASI

Məqalədə XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakı neft sənayesinin sürətli inkişafı fonunda tarixi İpək Yolunun iqtisadi və geosiyasi transformasiyası tədqiq edilir. Bakı sənaye inqilabının təsiri ilə dün ya iqtisadiyyatında enerji resurslarına artan tələbat nəticəsində qlobal neft mərkəzlərindən birinə çevril mişdir. Xüsusilə də İsveç təbəəsi olan Nobellərə məxsus və Rotşildlərə məxsus fransız kapitalının, “Royal Doyç Şell” şirkətinin Bakı neft sənayesinə cəlb olunması neft hasilatının və ixrac infrastruktu runun genişlənməsinə səbəb olmuşdur. Bakı-Batum neft kəmərinin çəkilməsi və Xəzər-Qara dəniz marşrutunun formalaşması ənənəvi karvan yollarını yeni sənaye və dəniz nəqliyyatı şəbəkələri ilə əvəz etmiş dir.

 

Açar sözlər: Bakı neft sənayesi, İpək Yolu, İqtisadi transformasiya, Nobel qardaşları, Bakı-Batum neft kəməri

QISA İCMAL

  • Yazarlar NAİLƏ ŞAFADDİN QIZI HÜSEYNOVA
  • Fayl PDF
  • issue