İMPERATİV elmi - nəzəri jurnal
DOI: 10.30546/19063
P-ISSN: 3107-2070
E-ISSN: 3107-2089
Bizi sosial mediadan izləyin

VOLQA BULQAR XANLIĞININ ŞƏRQİ AVROPADAKI ETNOSİYASİ TƏSİRİ VƏ İRSİ

Məqalədə Volqa Bulqar xanlığının Şərqi Avropanın siyasi, etnik və mədəni inkişafına göstərdiyi təsir kompleks şəkildə araşdırılır. Tədqiqatda Volqa və Kama çaylarının qovşağında formalaşmış dövlətin yaranma şəraiti, etnik tərkibi, siyasi idarəetmə sistemi, İslam dininin qəbul edilməsinin yaratdığı ictimai-mədəni dəyişikliklər, həmçinin qonşu dövlətlərlə qarşılıqlı münasibətləri elmi əsaslarla təhlil edilir. Göstərilir ki, Volqa Bulqar xanlığı yalnız ilk müstəqil türk-islam dövlətlərindən biri kimi deyil, həm də Şərqi Avropa ilə Orta Asiya və İslam dünyası arasında iqtisadi, diplomatik və mədəni əlaqələrin inkişafında mühüm vasitəçi kimi çıxış etmişdir. Məqalədə dövlətin kənd təsərrüfatı, sənətkarlıq, şəhərsalma, beynəlxalq ticarət və memarlıq sahələrində əldə etdiyi nailiyyətlər, eləcə də Bulqar şəhərinin regionun əsas iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilməsi xüsusi diqqət mərkəzində saxlanılır. Monqol yürüşlərinin Volqa Bulqar dövlətçiliyinə təsiri, Qızıl Orda tərkibinə daxil olmasından sonrakı inkişaf mərhələsi və bulqar irsinin sonrakı türk-müsəlman dövlətlərinə təsiri də qiymətləndirilir. Nəticə etibarilə müəyyən olunur ki, Volqa Bulqar xanlığı Şərqi Avropada türk-islam sivilizasiyasının formalaşmasına, beynəlxalq ticarət yollarının inkişafına və regionun etnomədəni tarixinin zənginləşməsinə mühüm töhfə vermiş dövlətlərdən biri olmuşdur.

QISA İCMAL

  • Yazarlar
  • Fayl PDF
  • issue SAİDƏ CƏFƏR QIZI İSMAYILZADƏ