Məqalədə mədəni irsin qorunması Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqaməti kimi təhlil olunur. Burada dövlət siyasətinin xüsusiyyətləri araşdırılır. Dövlət siyasətinin əsas istiqaməti olaraq beynəlxalq əməkdaşlıq zərurəti və əməkdaşlığın formaları analiz edilir. Xüsusilə, Azərbaycan Respublikasının UNESCO ilə əməkdaşlığı təhlil edilir. Eyni zamanda cəmiyyətin mədəni irsin qorunması sahəsində əməkdaşlıqda iştirak xüsusiyyətləri araşdırılır. Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti təhlil edilir.
Açar sözlər: mədəni irs, mədəni sərvətlər, dövlət siyasəti, mədəniyyət, milli-hüquqi qoruma, beynəlxalq hüquqi qoruma.