İMPERATİV elmi - nəzəri jurnal
DOI: 10.30546/19063
P-ISSN: 3107-2070
E-ISSN: 3107-2089
Bizi sosial mediadan izləyin

MİLLİ DÖVLƏTİN KONSTİTUSİON ƏSASLARI: AZƏRBAYCAN TƏCRÜBƏSİNDƏ

Məqalə Azərbaycan Respublikasında milli dövlət modelinin konstitusion əsaslarını dövlət idarəçiliyi prizmasından təhlil etməyə həsr olunmuşdur. Tədqiqatın əsas məqsədi Konstitusiyanın dövlət idarəçiliyinin institusional təşkili, səlahiyyət bölgüsü və icra hakimiyyətinin legitimliyinin formalaşmasında oynadığı rolu sistemli şəkildə araşdırmaqdır. Məqalədə Konstitusiyanın yalnız hüquqi-normativ sənəd kimi deyil, eyni zamanda idarəetmənin struktur memarlığını, qərarqəbuletmə mexanizmlərini və institusional koordinasiyanı müəyyən edən fundamental çərçivə kimi çıxış etdiyi əsaslandırılır. Xüsusilə güclü icra hakimiyyəti modelinin formalaşması, Prezident institutunun sisteminteqrator funksiyası, Nazirlər Kabinetinin inzibati icra mexanizmi kimi rolu və yerli icra hakimiyyətlərinin mərkəzləşdirilmiş idarəetmə strukturu konstitusion müddəalar əsasında təhlil edilir. Məqalədə Azərbaycan modeli epizodik şəkildə Türkiyə, Qazaxıstan və Fransa kimi oxşar və müqayisə edilə bilən idarəetmə sistemləri ilə müqayisə olunur və bu müqayisələr vasitəsilə konstitusion mərkəzləşmənin dövlətin sabitliyi və idarəolunanlığı baxımından yaratdığı funksional üstünlüklər göstərilir. Eyni zamanda, icra hakimiyyətinin legitimliyinin yalnız səlahiyyətlərin genişliyi ilə deyil, hüquqi nəzarət, institusional məsuliyyət və idarəetmə effektivliyi ilə tamamlandığı vurğulanır. Məqalə 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi fonunda konstitusion əsasların milli dövlətin idarəetmə qabiliyyətinin möhkəmləndirilməsindəki rolunu ayrıca aktuallaşdırır və gələcək islahatlar üçün mövcud institusional çərçivənin verdiyi imkanları ümumiləşdirir.

QISA İCMAL

  • Yazarlar ELDAR CAMAL OĞLU SALAYEV
  • Fayl PDF
  • issue