İMPERATİV elmi - nəzəri jurnal
DOI: 10.30546/19063
P-ISSN: 3107-2070
E-ISSN: 3107-2089
Bizi sosial mediadan izləyin

KANADANIN 44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİNƏ MÜNASİBƏTİ: SİYASİ-DİPLOMATİK MÖVQE VƏ DİASPOR AMİLİ

Məqalədə Kanadanın Azərbaycanın 44 günlük Vətən müharibəsinə münasibəti siyasi-diplomatik diskurs, parlament müzakirələri, yerli siyasi təşəb büslər və diaspor lobbiçiliyi kontekstində təhlil edi lir. Tədqiqatın məqsədi Kanadanın federal hökuməti nin rəsmi mövqeyi ilə ayrı-ayrı parlament üzvlərinin və yerli özünüidarəetmə qurumlarının yanaşmaları arasındakı fərqi müəyyənləşdirmək, bu mövqelərin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi prin sipləri ilə nə dərəcədə uzlaşdığını qiymətləndirmək dir. Mənbə bazasını Kanada və Azərbaycan dövlət qurumlarının rəsmi sənədləri, parlament stenoqram ları, beynəlxalq hüquqi aktlar, diaspor təşkilatları nın bəyanatları və dövri mətbuat materialları təşkil edir. Araşdırma göstərir ki, rəsmi Ottava atəşkəsə, humanitar müdafiəyə və ATƏT-in Minsk prosesi çərçivəsində danışıqlara çağırış etsə də, müharibə nin hüquqi-siyasi səbəblərini, işğal faktını və Azər baycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suveren hüquqlarını eyni aydınlıqla ön plana çıxarmamışdır. Eyni zamanda, bəzi senator və deputatların separatçı qurumun tanınmasına dair təşəbbüsləri, habelə Laval şəhər şurasının qərarı Ka nadanın rəsmi neytrallıq xətti ilə ziddiyyət yaratmış dır. Məqalədə belə nəticəyə gəlinir ki, Kanada siyasi diskursunda humanitar və təhlükəsizlik arqumentləri seçmə şəkildə təqdim edilmiş, erməni diasporunun təşkilatlanmış fəaliyyəti isə ayrı-ayrı siyasi aktorla rın ritorikasına təsir göstərmişdir. Bununla yanaşı, Kanada hökumətinin qondarma rejimi rəsmən tanı maması Azərbaycanın ərazi bütövlüyünü dəyişdirən hüquqi nəticənin yaranmasına imkan verməmişdir.

 

Açar sözlər: Azərbaycan, Kanada, 44 günlük Vətən müharibəsi, ərazi bütövlüyü, parlament diplomati yası, erməni diasporu, beynəlxalq hüquq.

QISA İCMAL

  • Yazarlar SƏBUHİ MÜTALİF OĞLU QULİYEV
  • Fayl PDF
  • issue