İMPERATİV elmi - nəzəri jurnal
DOI: 10.30546/19063
P-ISSN: 3107-2070
E-ISSN: 3107-2089
Bizi sosial mediadan izləyin

İŞİD-İN TRANSMİLLİ TƏŞKİLATA ÇEVRİLMƏSİNDƏ ƏCNƏBİ DÖYÜŞÇÜLƏR AMİLİ

Məqalədə İŞİD-in transmilli təşkilata çevrilməsində əcnəbi döyüşçülər amili təhlil edilir. Bu kontekstdə İŞİD-ə qoşulan əcnəbi döyüşçülərin sayı və onun artma dinamikası, həmçinin əcnəbi döyüşçülərin coğrafi mənşəyi araşdırılır. Elmi və digər məlumatlar əsasında göstərilir ki, Suriya və İraqda münaqişə dövründə 44279-dan 52808-ə qədər əcnəbi İŞİD sıralarına qoşulmuşlar və onlar demək olar ki, dünyanın bütün regionlarını təmsil edirdilər.

Qeyd edilir ki, dünyanın müxtəlif ölkələrindən gələn əcnəbi döyüşçülər İŞİD-in hərbi gücünün mühüm hissəsini təşkil edirdi, onlar təkcə təşkilatın döyüş qabiliyyətini deyil, həm də onun qlobal təsirini genişləndirirdi.

Vurğulanır ki, əcnəbi döyüşçülər yalnız say baxımından deyil, həm də döyüş təcrübələri, strategiya bilikləri və ideoloji fanatizmləri ilə İŞİD-in güclənməsinə ciddi töhfə vermişlər. Əcnəbi döyüşçülərin İŞİD-in döyüş strategiyalarına və hərbi əməliyyatlarına verdiyi töhfələr müxtəlif aspektlərdə özlərini göstərmişdilər. Belə ki, İŞİD-ə qoşulan əcnəbi döyüşçülərin bir qismi əvvəllər digər münaqişələrdə iştirak etmiş, yüksək döyüş təcrübəsinə malik yaraqlı-terrorçular idi.

Nəticə çıxarılır ki, əcnəbi döyüşçülər İŞİD-in hərbi gücünün artmasında, hərbi uğurlarında xüsusi rol oynmışlar, o cümlədən İŞİD-in qlobal səviyyədə imicini formalaşdırmaqda böyük rol oynamış və transmilli təşkilata çevrilməsini şərtləndirən əsas amillərdən olmuşdur.

QISA İCMAL

  • Yazarlar CƏLAL RÖVŞƏN OĞLU ABDULLAYEV
  • Fayl PDF
  • issue