Məqalə iqlim dəyişikliyi ilə mübarizə sahəsində qlobal əməkdaşlığın formalaşması və inkişafını BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və Tərəflər Konfransları (COP) çərçivəsində təhlil edir. XXI əsrin ikinci rübünə doğru irəlilədikcə beynəlxalq ictimaiyyət sülh və rifah, ümid və yenilənmə, birlik və bağlılıq, dayanıqlılıq və inklüzivlik kimi ortaq bəşəri dəyərlər üzərində düşünməyə daha çox ehtiyac duyur. Bu dəyərlər iqlim dəyişikliyi kimi qlobal çağırışlar fonunda dövlətlərin kollektiv məsuliyyətini və əməkdaşlıq zərurətini ön plana çıxarır.
Tədqiqat göstərir ki, təbiətin qorunmasına yönəlmiş sosial hərəkatların tarixi XIX əsrin sonlarına qədər uzansa da, onların institusional formalaşması və çoxtərəfli danışıqlar müstəvisinə keçidi XX əsrin ikinci yarısında baş vermişdir. Bu proses iqlim yönümlü diplomatiyanın yaranmasına zəmin yaratmışdır. Diplomatiya münaqişələrin həlli və əməkdaşlığın qurulması üçün əsas xarici siyasət aləti olduğundan, iqlim dəyişikliyinin cəmiyyətlərə və qlobal təhlükəsizliyə təsiri bu sahədə yeni diplomatik yanaşmaların formalaşmasını qaçılmaz etmişdir.
Araşdırmada qeyd olunur ki, 1992-ci ildə Rio-de-Janeyro Konfransı nəticəsində sənədlər hazırlanmış, bu konfrans UNFCCC çərçivəsinin mərkəzi koordinasiya mexanizmini təşkil etmişdir. UNFCCC Kyoto, Kopenhagen, Paris və Qlazqo kimi COPlar arasında davamlılığı təmin edən institusional və əməliyyat memarlığıdır.
Açar sözlər: iqlim dəyişikliyi, qlobal əməkdaşlıq, COP prosesi, iqlim siyasəti, Kioto Protokolu, Paris Sazişi.