Məqalədə idarəetmə və hakimiyyət məsələsinə ayrı-ayrı mütəfəkkir, filosof və tədqiqatçıların münasibəti açıqlanır, onların yaradıcılığındakı təzadlı fikirlərə diqqət yönəldilir və həmin fikirlər yeni baxış bucağından təhlil olunur. Bildirilir ki, mütəfəkkirlər yaşadıqları cəmiyyət quruluşlarında mövcud olan qüsurları, çatışmazlıqları üzə çıxarmaq və bəşəriyyətin inkişafına təsir göstərmək məqsədilə daha kamil cəmiyyət quruculuğunun yolu haqqında özlərinin təklif və tövsiyələrini irəli sürmüşlər. Bütün bu fikir və tövsiyələr insanların daha yaxşı, daha ədalətli bir hakimiyyət quruluşuna malik dünya düzəninin qurulması barəsində arzularını ifadə edir. Hazırda bu fikirlər müəyyən qədər öz ifadəsini beynəlxalq sənədlərdə, müxtəlif ölkələrin əsas qanunlarında tapmışdır. Həm Şərq, həm də Qərb dünyasının tanınmış simalarının fikirlərinə ehtiram göstərilir, müasirliklə uyğun gəlməyən cəhətlər araşdırılır. Filosofların demokratik idarəetmə haqqında fikirləri də geniş təhlil olunur, müqayisəli təhlil olunur, müasir idarəetmə təfəkkürünə təsiri öyrənilir.
Açar sözlər: fəlsəfi fikir, idarəetmə, cəmiyyət, dövlət, filosof, ictimai müqavilə, hüquq.