Məqalədə fəlsəfənin müasir dövrdə qarşılaşdığı problemlər, cəmiyyətin inkişafında fəlsəfənin üzərinə düşən vəzifələr barədə təhlil işi aparılır. Beynəlxalq aləmdə fəlsəfənin tədrisinin mənzərəsinə düqqət yönəldilir. Azərbaycanda fəlsəfənin tədrisi ilə bağlı problemlərə nəzər salınır, bu sahədə mövcud olan çətinliklərin aradan qaldırılmasının zəruriliyi vurğulanır. Cəmiyyətin inkişafının fəlsəfi təfəkkürün inkişafı, dərinliyi ilə bağlı olması bildirilir. Qeyd olunur ki, fəlsəfə milli-mənəvi irsə söykənməklə inkişaf etməlidir.