İMPERATİV elmi - nəzəri jurnal
DOI: 10.30546/19063
P-ISSN: 3107-2070
E-ISSN: 3107-2089
Bizi sosial mediadan izləyin

CƏNUBİ QAFQAZDA TƏHLÜKƏSİZLİYİN FORMALAŞMASINDA ZƏNGƏZUR DƏHLİZİNİN ROLU

Məqalədə Cənubi Qafqazda təhlükəsizlik mühitinin formalaşmasında Zəngəzur dəhlizinin rolu araşdırılmışdır. Həmçinin, tədqiqatda 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra formalaşan yeni geosiyasi reallıqlar fonunda dəhlizin Azərbaycan, Ermənistan və Gürcüstan üçün yaratdığı imkanlar nəzərdən keçirilmiş və TRIPP formatında yenidən konseptuallaşdırılmasının mümkün nəticələri təhlil edilmişdir. Nəticələr göstərir ki, Zəngəzur dəhlizi Naxçıvanla birbaşa quru əlaqəsinin bərpası, ticarət və tranzit imkanlarının genişlənməsi, həmçinin region ölkələri arasında qarşılıqlı asılılığın artması baxımından mühüm əhəmiyyət daşıyır. Dəhlizin fəaliyyətə başlaması Cənubi Qafqazın tranzit potensialını artırmaqla yanaşı, regionun qlobal nəqliyyat şəbəkələrinə inteqrasiyasını da sürətləndirəcəkdir. Bu baxımdan, Zəngəzur dəhlizi regionda davamlı əməkdaşlıq və sabitliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən təşəbbüslərdən biri kimi qiymətləndirilə bilər.

QISA İCMAL

  • Yazarlar AYXAN FARİZ OĞLU İSGƏNDƏRZADƏ
  • Fayl PDF
  • issue