Bu məqalədə Böyük Britaniyanın Cənubi Qafqaz regionunda artan fəaliyyəti və onun post-Brexit dövründə formalaşan xarici siyasət prioritetləri təhlil olunur. Araşdırmada Londonun regiondakı siyasi, enerji və təhlükəsizlik maraqları, eləcə də Avropa İttifaqı və ABŞ siyasəti ilə qarşılıqlı əlaqələri qiymətləndirilir. Məqalədə neorealist və geosiyasi yanaşmalar tətbiq edilməklə Böyük Britaniyanın “Qlobal Britaniya” strategiyasının Cənubi Qafqaz kontekstində təzahürləri araşdırılır. Xüsusi diqqət enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional sabitlik məsələlərinə yönəldilmişdir.
Açar sözlər: Böyük Britaniya, Cənubi Qafqaz, post-Brexit, Qlobal Britaniya strategiyası, enerji təhlükəsizliyi, xarici siyasət, geosiyasət, regionda güc balansı.