İMPERATİV elmi - nəzəri jurnal
DOI: 10.30546/19063
P-ISSN: 3107-2070
E-ISSN: 3107-2089
Bizi sosial mediadan izləyin

AZƏRBAYCANDA TƏSƏRRÜFAT SUBYEKTLƏRİNDƏ DAXİLİ AUDİTİN SƏMƏRƏLİLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Tədqiqat Azərbaycanda təsərrüfat subyektlərində daxili audit fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi, onun idarəetmə sistemində rolunun müəyyənləşdirilməsi və təkmilləşdirilməsi istiqamətlərinin əsaslandırılmasına həsr olunmuşdur. Araşdırmada sistemli yanaşma, müqayisəli təhlil, məntiqi ümumiləşdirmə, struktur analiz və risk yönümlü metodlardan istifadə edilmişdir. Nəticələr göstərir ki, bir çox müəssisələrdə daxili audit formal xarakter daşıyır, risk əsaslı yanaşma yetərincə tətbiq olunmur və audit nəticələrinin idarəetmə qərarlarına təsiri məhduddur. Tədqiqatın praktiki əhəmiyyəti auditin səmərəliliyinin qiymətləndirilməsi meyarlarının müəyyənləşdirilməsi, nəticələrin idarəetmə prosesinə inteqrasiyasının gücləndirilməsi və risk idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlıdır. Elmi yenilik isə daxili auditin səmərəliliyinin qiymətləndirilməsi üzrə göstəricilərin sistemləşdirilməsi və Azərbaycan təcrübəsi əsasında təkmilləşdirmə təkliflərinin irəli sürülməsi ilə ifadə olunur.

Açar sözlər: daxili audit, auditin səmərəliliyi, risk əsaslı audit, daxili nəzarət sistemi, korporativ idarəetmə, auditin qiymətləndirilməsi, təsərrüfat subyektləri.

QISA İCMAL

  • Yazarlar CƏMİLƏ BAYRAMƏLİ NAMAZOVA, MƏHƏMMƏD CEYHUN OĞLU SƏFƏROV
  • Fayl PDF
  • issue