Məqalədə Azərbaycan Respublikasında sosial siyasətin tərkib hissəsi kimi gənclər və idman siyasətinin səmərəlilik meyarları və əsas göstəriciləri araşdırılmışdır. Gənclər və idman siyasətində universal göstərici və indekslərin olmaması səbəbindən, Azərbaycanda bu siyasətin başlıca istiqamətləri və xüsusiyyətlərinə əsaslanaraq gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi, təhsil və məşğulluq imkanları, xüsusilə bədən tərbiyəsi və idmanın inkişafı gənclər və idman siyasətinin əsas səmərəlilik kriteriyaları kimi müəyyən edilmişdir. Tədqiqat nəticələri göstərir ki, Azərbaycan Respublikasında gənclər və idman siyasətinin səmərəliliyinin artırılması və meyarların dəqiq müəyyən edilməsi üçün dövlət siyasətinin gənclərə olan təsirləri müntəzəm olaraq izlənilməli və nəticələri qiymətləndirilməlidir.