Məqalədə Azərbaycan pambığının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılması problemləri və onların həlli istiqamətləri araşdırılmışdır. Müasir şəraitdə qlobal kənd təsərrüfatı bazarlarında rəqabətin güclənməsi pambıq istehsalçısı olan ölkələr qarşısında yeni çağırışlar formalaşdırır. Tədqiqat çərçivəsində Azərbaycan pambıqçılığının mövcud vəziyyəti təhlil edilmiş, beynəlxalq bazarlarda rəqabət üstünlüklərinin formalaşmasına təsir edən amillər müəyyən edilmişdir. Eyni zamanda pambıq məhsullarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, emal sənayesinin inkişafı, logistika infrastrukturunun təkmilləşdirilməsi və beynəlxalq standartların tətbiqi istiqamətində təkliflər hazırlanmışdır. Araşdırmanın nəticələri göstərir ki, pambıq məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsi qeyri-neft ixracının genişlənməsinə, regionların sosial-iqtisadi inkişafına və ölkənin valyuta gəlirlərinin artmasına əhəmiyyətli töhfə verə bilər.
Açar sözlər: pambıqçılıq, pambıq ixracı, rəqabət qabiliyyəti, beynəlxalq bazar, aqrar sektor, emal sənayesi, logistika, sertifikatlaşdırma.