Xülasə: Məqalədə rəqəmsal inkişafın iqtisadiyyatın müxtəlif sahələrinin dinamikasına təsirindən müasir texnologiyaların tətbiqinin yaratdığı müsbət dəyişikliklərdən elektronlaşmanın uğurlu nəticələrindən həmçinin rəqəmsallaşma prosesinin qarşısında duran problemlərdən bəhs olunmuşdur.Rəqəmsal inkişafın iqtisadiyyatın rəqabətqabiliyyətinin yüksəldilməsinə müsbət təsir göstərməsi elmi baxımdan əsaslandırılmışdır. Rəqəmsal iqtisadiyyat və əhatə dairəsi müəyyənləşdirilmiş, rəqəmsallaşmanın iqtisadi artım, məhsuldarlıq, innovasiya və rəqabət qabiliyyətinə təsirləri nəzərdən keçirilmişdir.
Rəqəmsallaşma iqtisadi səmərəliliyi və innovativ fəaliyyəti əhəmiyyətli dərəcədə artırır, lakin bu prosesin uğuru üçün rəqəmsal infrastruktur, insan kapitalı və dövlət siyasəti kimi amillər həlledici rol oynayır. Müasir qlobal trendlər göstərir ki, rəqəmsal texnologiyalar iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilmişdir. Azərbaycan nümunəsində aparılan təhlillər nəticəsində ölkədə rəqəmsal iqtisadiyyatın inkişaf səviyyəsinin yüksəldiyi müəyyən edilmişdir.
Açar sözlər: rəqəmsallaşma, elektron hökumət, süni intellekt, rəqəmsal iqtisadiyyat, innovasiya