Məqalədə Rusiyanın postsovet məkanında miqrasiya mərkəzi kimi rolundan və Cənubi Qafqaz ölkələri ilə miqrasiya əlaqələrindən bəhs olunur. Eləcə də, Sovet İttifaqının dağılmasından sonra Rusiya Federasiyasının Cənubi Qafqaz ölkələri üçün xüsusən əmək miqrasiyası baxımından əsas miqrasiya ölkəsi olaraq qalması vurğulanmış, statistik məlumatların təhlili aparılmışdır. Nəzərə alınmalıdır ki, Rusiyanın postsovet məkanı ölkələrindən olan xarici işçilər üçün böyük cəlbedici mərkəzə çevrilməsi tarixi, sosial-mədəni və iqtisadi səbəblərlə birbaşa bağlı olmuşdur. Lakin son zamanlar Rusiyada miqrasiya qanunvericiliyinin sərtləşməsinə görə Cənubi Qafqazdan buraya gələn miqrantların vəziyyəti xeyli çətinləşmiş, xüsusilə 2025-ci il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklərdən sonra xarici vətəndaşların Rusiya ərazisində qalma müddəti qısaldılnmış və bütün bunlar vizasız əsasla Rusiyaya gələn Azərbaycan, Gürcüstan və Ermənistan vətəndaşlarına da şamil olunmuşdur. Məqalədə həmçinin 2022-ci ildən etibarən Rusiya- Ukrayna müharibəsinə görə Rusiyadan vətəndaşların başqa ölkələrə miqrasiya etməsinin başlanması və bu prosesin davamlı hal alması qeyd edilmişdir.
Açar sözlər: Postsovet məkanı, Cənubi Qafqaz, Rusiya Federasiyası, miqrasiya axınları, demoqrafik situasiya, əməkçi miqrantlar