Məzmuna keç
İMPERATİV elmi - nəzəri jurnal
DOI: 10.30546/19063
P-ISSN: 3107-2070
E-ISSN: 3107-2089
Bizi sosial mediadan izləyin
← Jurnallar arxivi

ELMİ MƏQALƏ

POSTSOVET ÖLKƏLƏRİNDƏ PARLAMENTARİZM: ƏSAS XÜSUSİYYƏTLƏR, ÜMUMİ VƏ FƏRQLİ CƏHƏTLƏR

ALI GÜMRAH OĞLU EYVAZOV

Jurnal № 6

Məqalənin PDF faylı ↗

Məqalədə postsovet məkanında parlamentarizmin formalaşması, institusional xüsusiyyətləri və inkişaf mərhələləri geniş şəkildə təhlil olunur. Tədqiqatın əsas məqsədi postsovet ölkələrində ali qanunverici orqanların demokratikləşmə prosesindəki rolunu, onların güclü prezident idarəçiliyi fonunda qarşılaşdıqları çətinlikləri və sistemlərarası fərqləri müəyyənləşdirməkdir. Sovet dönəminin mirası olan təkpartiyalı idarəetmə modeli uzun müddət parlamentarizm ənənələrinin inkişafını ləngitmiş, bu isə müstəqillikdən sonrakı dövrdə institusional boşluqlar yaratmışdır. Məqalədə postsovet ölkələrinin konstitusion modelləri müqayisə edilərək demokratik nəzarət mexanizmləri analiz olunur. Bu kontekstdə, sözügedən respublikalar parlamentin siyasi sistemdəki institusional çəkisinə və icra hakimiyyəti qarşısındakı nüfuz dərəcəsinə görə təsnif edilir. Xüsusilə qeyd edilir ki, prezident üsul-idarəsi tətbiq edilən ölkələrdə avtoritar meyillər güclənmiş, halbuki, parlament modelinə üstünlük verilən ölkələrdə (Baltikyanı respublikalar, Gürcüstan, Moldova və s.) demokratik təsisatlar daha davamlı xarakter almışdır. “Rəngli inqilablar” nəticəsində Gürcüstan, Ukrayna, Qırğızıstan və Ermənistanda həyata keçirilən konstitusiya islahatları parlamentarizmin yenilənməsinə təkan vermişdir. Məqalə postsovet məkanında parlamentarizmin gələcək inkişafı üçün hüquqi baza, siyasi mədəniyyət və vətəndaş cəmiyyəti amillərinin harmoniyasını vacib şərt kimi irəli sürür.

Açar sözlər: parlamentarizm, post-Sovet ölkələri, prezident üsul-idarəsi, imperativ mandat, demokratikləşmə, konstitusiya islahatları.