Məzmuna keç
İMPERATİV elmi - nəzəri jurnal
DOI: 10.30546/19063
P-ISSN: 3107-2070
E-ISSN: 3107-2089
Bizi sosial mediadan izləyin
← Jurnallar arxivi

ELMİ MƏQALƏ

XƏZƏR HÖVZƏSİ REGİONUNDA REGİONAL MÜNAQİŞƏLƏRİN VƏ BEYNƏLXALQ ƏMƏKDAŞLIĞIN ENERJİ TƏHLÜKƏSİZLİYİNDƏ ROLU

MİNAYƏ MEHMAN QIZI İSKƏNDƏROVA

Jurnal № 6

Məqalənin PDF faylı ↗

Məqalədə Xəzər hövzəsi regionunda mövcud olan regional münaqişələrin enerji təhlükəsizliyinə təsiri və bu təsirin neytrallaşdırılmasında beynəlxalq əməkdaşlığın rolu tədqiq olunur. Xəzərin hüquqi statusu ətrafındakı uzunmüddətli mübahisələr, Ermənistan-Azərbaycan, Gürcüstan-Abxaziya və Gürcüstan-Cənubi Osetiya münaqişələri, habelə enerji infrastrukturunun “silaha çevrilməsi” halları nümunəsində region dövlətlərinin enerji siyasətlərinin təhlükəsizlik amilləri ilə sıx bağlılığı göstərilir. Tədqiqatda Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və digər nəqliyyat-enerji layihələrinin regional sabitliyə həm müsbət (əməkdaşlıq platforması kimi), həm də mənfi (hədəf obyekti kimi) təsirləri müqayisəli təhlil edilir. Rusiya, Çin, Avropa İttifaqı və ABŞ kimi qeyri-regional aktorların Xəzər enerji resurslarına marağının regionun geosiyasi mənzərəsinə təsiri araşdırılır. Məqalənin əsas nəticəsi ondan ibarətdir ki, Xəzər hövzəsində enerji təhlükəsizliyi yalnız çoxtərəfli beynəlxalq əməkdaşlıq, institusional çərçivələrin (Xəzəryanı sammitlər, Cənub Qaz Dəhlizi Məşvərət Şurası, Şanхay Əməkdaşlıq Təşkilatı və s.) gücləndirilməsi və hərbi-siyasi risklərin diplomatik vasitələrlə idarə olunması yolu ilə təmin edilə bil .

Açar sözlər: Xəzər hövzəsi, enerji təhlükəsizliyi, regional münaqişələr, beynəlxalq əməkdaşlıq, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, enerji diplomatiyası.