İMPERATİV elmi - nəzəri jurnal
DOI: 10.30546/19063
P-ISSN: 3107-2070
E-ISSN: 3107-2089
Bizi sosial mediadan izləyin

ÇİNİN AVROPA İLƏ TİCARƏT MÜNASİBƏTLƏRİ ÜMUMDÜNYA TİCARƏT TƏŞKİLATI KONTEKSTİNDƏ

Çinin sürətli inkişafı onu Asiya-Sakit okean regionunda çox vacib aktora çevirir. Çinin inkişafında iqtisadi potensialının böyük rolu var, bu da ona regional aktor olmağa imkan yaradır. Bu gün dünyada öz inkişaf sürəti, miqyası və nəticələrinə görə hamını heyran edən Çin dünya iqtisadi münasibətlərinin bir parçası olmaq üçün uzun və gərgin keçid dövrü keçirmişdir. Çinin həyata keçirdiyi iqtisadi islahatlar onun dünya ticarətinin bir hissəsi olmasında rol oynamışdır. İlk başda Çində istehsal olunan məhsullar qlobal bazarların yüksək səviyyəli məhsulları ilə güclü rəqabətə girirdi. Çin məhsullarının keyfiyyətinə şübhələr uzun müddət mövcud olmuşdur. Çin istehsal prosessində qabaqcıl texnologiya və metodlar istifadə etməklə yüksək keyfiyyətli məhsullar istehsal etməyə başladı. Bununla da qlobal bazarlarda böyük üstünlük əldə etdi və son onillik period göstərdi ki, artıq dünya ölkələrinin sənaye məhsulları Çin məhsulları ilə rəqabət aparmaqda çətinlik çəkirlər.

Çinin 1999-cu ilin sonlarında Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qoşulması bir çoxları üçün gözlənilməz olmuşdur. 1999-cu ilin aprel ayında Çin Xalq Respublikasının Baş Naziri Zhu Rongjinin ABŞ-a səfəri zamanı ÜTT-ə qəbul  danışıqlarında uğur əldə edilməmişdir, ardınca Belqradda NATO-nun Çin səfirliyini bombalaması Çinin bu təşkilata üzv olmasının qarşısındakı ciddi siyasi və diplomatik maneələri daha da dərinləşdirmişdir. Lakin Çin 1999-cu ilin noyabr ayında bunların öhdəsindən gəlməyi bacardı və ÜTT üzvü olaraq təşkilata daxil olmağı bacardı.

2000-ci ildən etibarən Çin və ÜTT ölkələrinin ticarət münasibətlərinin keyfiyyətcə yeni mərhələsi başladı. “A Maturing Partnership: Shared Interests and Challenges in EU-China Relations” adlı siyasi sənəd ilə 2003-cü ildə Aİ Çini  strateji tərəfdaş elan edərək siyasi dialoq, regional və qlobal təhlükəsizlik, enerji və qlobal idarəetmə sahələrində əməkdaşlığı gücləndirmişdir. Bununla yanaşı sənəd ticarət və iqtisadi əməkdaşlıq məsələlərində ÜTT qaydalarına uyğunlaşmaq və onların icrası, ticarət maneələrinin azaldılması, investisiya mühitinin yaxşılaşdırılmasını özündə əks etdirirdi.

 

Açar sözlər: Çin, Asiya-Sakit Okean regionu, Ümumdünya Ticarət Təşkilatı, Avropa İttifaqı, strateji tərəfdaş, iqtisadiyyat, siyasi dialoq.

QISA İCMAL

  • Yazarlar ƏLİMUSA GÜLMUSA OĞLU İBRAHİMOV, TƏRİFƏ SEYMUR QIZI CƏFƏRZADƏ
  • Fayl PDF
  • issue