Məqalə dünya əhalisinin tarixi inkişaf trayektoriyasını və müasir dövrdə formalaşan əsas demoqrafik tendensiyaları sistemli şəkildə təhlil edir. Sənaye inqilabına qədər son dərəcə yavaş gedən əhali artımının XIX və xüsusilə XX əsrdə tibbi və kənd təsərrüfatı innovasiyaları nəticəsində sürətləndiyi göstərilir. Demoqrafik keçid modeli çərçivəsində ölüm səviyyəsinin azalması və doğum səviyyəsinin gecikmiş düşüşü əhali partlayışını izah edən əsas mexanizm kimi təqdim olunur. Bununla yanaşı, məqalə vurğulayır ki, bu proses bütün regionlarda eyni şəkildə baş vermir və XXI əsrin əsas xüsusiyyəti regionlararası kəskin demoqrafik ayrışmadır. Qlobal Cənub ölkələrində, xüsusilə Sub-Sahara Afrikada yüksək doğum səviyyəsi və gənclik şişməsi fenomeni müşahidə olunur ki, bu da həm demoqrafik dividend potensialı, həm də işsizlik, yoxsulluq və sosial qeyri-sabitlik riskləri yaradır. Digər tərəfdən, Qlobal Şimal və Şərqi Asiyada aşağı doğum səviyyəsi və əhalinin qocalması iqtisadi artımı zəiflədir, pensiya və sosial təminat sistemlərinə ciddi təzyiq göstərir. Məqalədə urbanizasiyanın sürətlənməsi, əhalinin məkan üzrə qeyri-bərabər paylanması və resurslara artan təzyiq kimi faktorların bu demoqrafik dinamikanı daha da mürəkkəbləşdirdiyi göstərilir. Nəticə olaraq, demoqrafik dəyişikliklərin yalnız sosial deyil, həm də iqtisadi, siyasi və ekoloji nəticələr doğurduğu və bu proseslərin effektiv idarə olunmasının dövlətlər və beynəlxalq təşkilatlar üçün əsas strateji prioritetə çevrildiyi əsaslandırılır.
Açar sözlər: demoqrafik keçid, əhali artımı, gənclik şişməsi, əhalinin qocalması, urbanizasiya.