İMPERATİV elmi - nəzəri jurnal
DOI: 10.30546/19063
P-ISSN: 3107-2070
E-ISSN: 3107-2089
Bizi sosial mediadan izləyin

XX ƏSR AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN SƏNƏDLİ YADDAŞI (ƏLYAZMALAR İNSTİTUTUNUN ŞƏXSİ ARXİV MATERİALLARI ƏSASINDA)

Məqalədə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Hüseynqulu Sarabski və Müslüm Maqomayevin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan şəxsi arxiv fondları tədqiqata cəlb edilmişdir. Tədqiqatın əsas məqsədi həmin fondlarda saxlanılan tarixi mövzulu əsərləri, İkinci Dünya Müharibəsi dövrünə dair materialları və sovet dönəminə aid tarixi əhəmiyyət daşıyan sənədləri təhlil edərək onların Azərbaycan mədəniyyət tarixindəki yerini müəyyənləşdirməkdir.

Araşdırma prosesində H.Sarabskinin arxivindəki “Cəbhə arxasında”, “Partizanlar”, “Sayıq olmalı” kimi müharibə mövzulu pyeslər 1941-1945-ci illər Böyük Vətən Müharibəsi dövründə Azərbaycan cəmiyyətinin mənəvi səfərbərliyini əks etdirən birincil tarixi mənbələr kimi dəyərlidir. M.Maqomayevin arxivindəki “Şah İsmayıl” operası isə Azərbaycan xalqının tarixi yaddaşını və milli özünüdərk prosesini sənədləşdirən, muğam ənənəsi ilə Avropa opera formasının sintezini nümayiş etdirən ilk əsər kimi diqqəti cəlb edir. Bunlarla yanaşı, “Kolxozçular marşı” kimi nümunələr bəstəkarın sovet dövrünün ideoloji tələbləri ilə milli musiqi koloriti arasında yaratdığı yaradıcılıq balansını ortaya qoyur.

Tədqiqat nəticəsində müəyyən edilir ki, hər iki arxiv fondu Azərbaycan mədəniyyət tarixinin öyrənilməsi baxımından çoxşaxəli elmi potensialа malikdir və gələcək araşdırmalar üçün digər arxiv müəssisələrinin materialları ilə müqayisəli şəkildə tədqiq edilməsi zəruridir.

Açar sözlər: Hüseynqulu Sarabski, Müslüm Maqomayev, şəxsi arxiv fondu, əlyazma irsi, Azərbaycan tarixi, Böyük Vətən Müharibəsi

QISA İCMAL

  • Yazarlar ORUC İSLAM OĞLU QULİYEV
  • Fayl PDF
  • issue