İMPERATİV elmi - nəzəri jurnal
DOI: 10.30546/19063
P-ISSN: 3107-2070
E-ISSN: 3107-2089
Bizi sosial mediadan izləyin

XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ DÜNYA SİYASƏTİNDƏ NEFT FAKTORU

XIX əsrin sonlarında neftdən əsasən işıqlandır ma məqsədilə kerosin istehsalında istifadə edildiyi halda, XX əsrin əvvəllərində daxili yanma mühər riklərinin geniş tətbiqi, avtomobil sənayesinin inki şafı, hərbi donanmaların kömürdən neft yanacağına keçidi və aviasiyanın meydana çıxması neftin isti fadə sahələrini əsaslı şəkildə genişləndirmişdir. Bu proses nəticəsində neft tədricən beynəlxalq ticarə tin əsas məhsullarından birinə çevrilmiş, dünya neft bazarının formalaşması və qlobal enerji sisteminin əsaslarının yaranması prosesi sürətlənmişdir. Eyni zamanda, Birinci Dünya müharibəsi ərəfəsində bö yük dövlətlər arasında geosiyasi rəqabətin dərinləş məsi neftin yalnız iqtisadi deyil, həm də strateji re surs kimi önəmini əhəmiyyətli dərəcədə artırmışdır. Nəticədə, neft sənaye inkişafının, hərbi gücün və dövlətlərin iqtisadi potensialının başlıca komponent lərindən birinə çevrilmişdir. Bu dövrdə yaranmış enerji münasibətləri sonrakı onilliklər ərzində qlobal siyasətin, beynəlxalq rəqabətin və dünya iqtisadi in kişafının əsas istiqamətlərini müəyyən edən funda mental amillərdən biri olmuşdur.

 

Açar sözlər: Neft, Birinci Dünya müharibəsi, ABŞ nefti, Bakı nefti

QISA İCMAL

  • Yazarlar LƏMAN ARİF QIZI ƏLİYEVA
  • Fayl PDF
  • issue