Müasir siyasi diskursda açıq şəkildə etiraf olunur ki, klassik multikulturalizm modeli cəmiyyətlərin inteqrasiyasına deyil, əksinə, sosial seqreqasiyaya (paralel cəmiyyətlərin formalaşmasına) və daxili qütbləşməyə rəvac vermişdir. Eyni zamanda, institutların fəaliyyətini tənzimləyən fundamental liberal prinsiplərin qeyri-məhdud tətbiqi, cəmiyyətin sosial-siyasi strukturunda hüquqi və mədəni xaos elementlərinin yaranmasını stimullaşdırmışdır.
Açar sözlər: seqreqasiya, liberalizm, tolerantlıq, inteqrasiya, mültikulturalizm, ksenofobiya, radikalizm