İMPERATİV elmi - nəzəri jurnal
DOI: 10.30546/19063
P-ISSN: 3107-2070
E-ISSN: 3107-2089
Bizi sosial mediadan izləyin

TƏBLİĞAT ANLAYIŞI, TARİXİ İNKİŞAFI VƏ NƏZƏRİ YANAŞMALAR

Məqalədə təbliğat anlayışının mahiyyəti, tarixi inkişaf mərhələləri və onunla bağlı formalaşmış əsas nəzəri yanaşmalar araşdırılmışdır. Təbliğatın latınca “propagare” sözündən yaranması, qədim dövrlərdən başlayaraq siyasi və ictimai proseslərdə təsir vasitəsi kimi istifadə olunması göstərilmişdir. Tədqiqatda qədim Çin hərbi düşüncəsində, Roma dövlət idarəçiliyində, Böyük Fransa İnqilabı dövründə və XX əsrin ideoloji mübarizələrində təbliğatın rolu təhlil edilmişdir. Sovet və postsovet dövrü elmi ədəbiyyatında təbliğata verilən fərqli yanaşmalar müqayisə olunmuş, onun ideoloji mübarizə vasitəsindən neytral kommunikasiya fenomeninə doğru keçidi izah edilmişdir. Eyni zamanda D. Lilleker, G. Lassvell və digər tədqiqatçıların nəzəri baxışları əsasında təbliğatın ictimai rəyin formalaşmasına, kollektiv şüura və sosial davranışlara təsiri nəzərdən keçirilmişdir. Araşdırma göstərir ki, təbliğat müxtəlif tarixi dövrlərdə fərqli məzmun daşısa da, ictimai şüurun istiqamətləndirilməsi və sosial münasibətlərin formalaşdırılması prosesində mühüm kommunikasiya vasitəsi olaraq qalmaqdadır.

QISA İCMAL

  • Yazarlar ELMAR ZAHİD OĞLU MURADLI
  • Fayl PDF
  • issue