İMPERATİV elmi - nəzəri jurnal
DOI: 10.30546/19063
P-ISSN: 3107-2070
E-ISSN: 3107-2089
Bizi sosial mediadan izləyin

AZƏRBAYCAN RESPUBLİKASINDA GƏNCLƏR VƏ İDMAN SİYASƏTİNİN SƏMƏRƏLİLİK MEYARLARI

Məqalədə Azərbaycan Respublikasında sosial siyasətin tərkib hissəsi kimi gənclər və idman siyasətinin səmərəlilik meyarları və əsas göstəriciləri araşdırılmışdır. Gənclər və idman siyasətində universal göstərici və indekslərin olmaması səbəbindən, Azərbaycanda bu siyasətin başlıca istiqamətləri və xüsusiyyətlərinə əsaslanaraq gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi, təhsil və məşğulluq imkanları, xüsusilə bədən tərbiyəsi və idmanın inkişafı gənclər və idman siyasətinin əsas səmərəlilik kriteriyaları kimi müəyyən edilmişdir. Tədqiqat nəticələri göstərir ki, Azərbaycan Respublikasında gənclər və idman siyasətinin səmərəliliyinin artırılması və meyarların dəqiq müəyyən edilməsi üçün dövlət siyasətinin gənclərə olan təsirləri müntəzəm olaraq izlənilməli və nəticələri qiymətləndirilməlidir.

QISA İCMAL

  • Yazarlar XƏLİL TOĞRUL OĞLU YUSİFLİ
  • Fayl PDF
  • issue