Məqalədə Qafqaz Albaniyasında mövcud olmuş dini inanclar və dinlərlə bağlı məsələlər araşdırılır. Qeyd olunur ki, Qafqaz Albaniyasının əhalisi ilkin dövrlərdə bütpərəst və astral inanclara etiqad etmiş, eramızın I əsrindən etibarən isə ölkədə xristianlıq yayılmağa başlamışdır. Lakin xristianlıq heç vaxt ümumi və vahid dinə çevrilməmişdir. VIII əsrdən İslam üstün mövqe qazanmışdır. Məqalədə qeyd olunan dini inancların yayılma səbəbləri və bu dinlərin təsiri nəticəsində ölkədə yaranmış vəziyyət araşdırılır. Müxtəlif dövrlərdə fərqli dini inancların mövcudluğunun müsbət və mənfi tərəfləri təhlil edilir. Həmçinin vurğulanır ki, bu gün də Azərbaycanda əsas din olaraq qalan İslam ölkədə yaşayan müxtəlif etnik qrupların birliyinin təmin olunmasında mühüm rol oynamışdır.