İMPERATİV elmi - nəzəri jurnal
DOI: 10.30546/19063
P-ISSN: 3107-2070
E-ISSN: 3107-2089
Bizi sosial mediadan izləyin

MƏRKƏZİ ASİYANIN QƏRBLƏ İNTEQRASİYASINDA QAZAXISTAN – AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNİN YERİ (1991-2022)

Tədqiqat işində müstəqillik qazanıldıqdan sonra Qazaxıstan və Azərbaycan arasında formalaşan ikitərəfli münasibətlərin tarixi inkişafı, geoiqtisadi əsasları və strateji tərəfdaşlıq perspektivləri kompleks şəkildə təhlil olunmuşdur. Məqalədə 1991–2022-ci illəri əhatə edən dövrdə Bakı və Astana arasında siyasi dialoqun inkişaf mərhələləri, hüquqi-normativ bazanın qurulması və beynəlxalq təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində çoxtərəfli əməkdaşlıq məsələləri araşdırılmışdır. İşdə regional nəqliyyat-logistika şəbəkələrinin, o cümlədən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) və gələcək Zəngəzur dəhlizinin Avrasiya geosiyasətindəki rolu Qazaxıstanın strateji maraqları müstəvisində qiymətləndirilmişdir. Eyni zamanda, karbohidrogen resurslarının Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə tranziti, yaşıl enerji layihələri və mədəni-humanitar diplomatiyanın hər iki dövlətin Qərblə inteqrasiyasındakı mühüm rolu elmi cəhətdən əsaslandırılmışdır. Yekunda iki ölkə arasındakı müttəfiqlik münasibətlərinin regional sabitliyin təmin olunmasındakı geostrateji əhəmiyyətinə dair elmi ümumiləşdirmələr aparılmışdır.

QISA İCMAL

  • Yazarlar ƏSMƏR VÜQAR QIZI ŞÜKÜRLÜ
  • Fayl PDF
  • issue