İMPERATİV elmi - nəzəri jurnal
DOI: 10.30546/19063
P-ISSN: 3107-2070
E-ISSN: 3107-2089
Bizi sosial mediadan izləyin

RƏQƏMSAL TƏNZİMLƏMƏ ALƏTLƏRİNİN MONETAR SİYASƏTİN SƏMƏRƏLİLİYİNƏ MAKROİQTİSADİ TƏSİRİ

Məqalədə rəqəmsal tənzimləmə alətlərinin, ilk növbədə, RegTech, SupTech texnologiyaları və mərkəzi bank rəqəmsal valyutalarının (CBDC) monetar siyasətin ötürmə mexanizmlərinə makroiqtisadi təsiri araşdırılır. Müəllif rəqəmsal maliyyə alətlərinin faiz kanalı, kredit kanalı və valyuta məzənnəsi kanalı üzərindən siyasət impulslarının ötürülmə sürətini və intensivliyini necə dəyişdirdiyini təhlil edir. Tədqiqatın əsasını BIS, Ümumdünya Bankı və aparıcı mərkəzi bankların nəşrləri, habelə son illərdə aparılmış empirik tədqiqatlar təşkil edir. Nəticələr göstərir ki, rəqəmsal tənzimləmə alətlərinin düzgün tətbiqi monetar siyasətin effektivliyini artıra bilər; lakin bu, yeni struktur risklər də doğurur ki, bunların idarə edilməsi ənənəvi çərçivələrin yenidən qurulmasını tələb edir.

QISA İCMAL

  • Yazarlar TOFİQ MEHMAN OĞLU CƏBİYEV
  • Fayl PDF
  • issue