İMPERATİV elmi - nəzəri jurnal
DOI: 10.30546/19063
P-ISSN: 3107-2070
E-ISSN: 3107-2089
Bizi sosial mediadan izləyin

ABŞ VƏ RUSİYANIN CƏNUBİ QAFQAZ SİYASƏTİNDƏ “YUMŞAQ GÜC”DƏN İSTİFADƏ

Dünyanın müxtəlif regionlarında təsir imkanlarına malik olmaq müasir mərhələdə yalnız hərbi üstünlük ilə deyil, qeyri-hərbi vasitələrin tətbiq edilməsi yolu ilə mümkündür. Qloballaşan dünyada mədəniyyətlər, ideyalar, dəyərlər sürətli şəkildə dövlətlərin sərhədlərini aşır və bütün ölkələrə yayılır. Xüsusilə, müasir dünya nizamında söz sahibi olmağa çalışan aktorlar üçün bu amil çox vacibdir. Belə ki, dövlətlərin bir-birilərinin siyasətlərini qəbul etmələri və dəstəkləmələri tətbiq etdikləri “yumşaq güc”ün səviyyəsindən çox asılıdır. Belə vəziyyətdə dünyanın müxtəlif regionlarında təsir dairələri uğrunda rəqabət aparan böyük güclər bu sahənin inkişafına xüsusi diqqət ayırırlar. Hərbi qüvvə tətbiq etmədən, güclə hədələmədən dövlətlərin dəstəyinə nail olmaq üçün ölkənin “yumşaq güc” potensialının inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Cənubi Qafqaz Rusiya və ABŞ-nin regional strategiyasında mühüm yer tutan regiondur. Burada “yumşaq güc” elementlərindən istifadə regional təhlükəsizlik mühitində hərbi vurğunu zəiflədə, qeyri-hərbi yanaşmaları gücləndirə bilər. Rusiya və ABŞ-nin Cənubi Qafqazda fərqli “yumşaq güc” yanaşmaları mövcuddur ki, bu onların regionla təcrübələrinin tarixinə bağlıdır. Məqalədə Rusiyanın və ABŞ-nin Cənubi Qafqazda tətbiq etməyə çalışdıqları “yumşaq güc” siyasətinin əsas parametrləri, inkişaf dinamikası və təsirləri araşdırılır.

Açar sözlər: təsir vasitələri, ümumi mədəni irs, dezinformasiya, mübadilə proqramları.

QISA İCMAL

  • Yazarlar FATİMƏ BƏHRAM QIZI GÜLƏMİRLİ
  • Fayl PDF
  • issue